Rusiya HDQ təxminən 50 gəmini bu il təhvil alacaq

2024/06/1719046227.jpg
Oxunub: 412     20:49     23 İyun 2024    
Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) ötən il 32 ədəd olan müxtəlif siniflərdən təxminən 50 gəmini bu il təhvil alacaq.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət nazirinin müavini Viktor Yevtuxov məlumat verib.

Bu açıqlama Ukrayna qüvvələrinin Ukraynaya müdaxilə zamanı Rusiya HDQ-nin bir çox gəmisini məhv etdiyi və sıradan çıxardığı bir vaxta təsadüf edib.

Yevtuxov bu proqnozunu iyunun 9-da “Zvezda TV” dövlət kanalına müsahibəsində bildirib.

Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, HDQ son 10 ildə ümumilikdə 40 suüstü gəmi və 24 sualtı qayıq təhvil alıb.

Yevtuxov gözlənilən böyük tədarükün səbəbini Rusiyanın beynəlxalq sanksiyalarla bloklanan komponentləri əvəz etmək üçün uğurlu səyləri ilə əlaqələndirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   HDQ  


Bizi "telegram"da izləyin