Qarabağdan Ermənistana könüllü köç edən 2 nəfər beysbol dəyənəyi ilə vəhşicəsinə döyülüb

2024/06/1719042755.jpg
Oxunub: 201     12:58     22 İyun 2024    
“Fotolardakı bu gün Komitas küçəsində yerləşən “SAS” supermarketinin qarşısında yolda dayanıb yol vermədiyi üçün beysbol dəyənəyi ilə vəhşicəsinə döyülən Qarabağda yaşamış, eyni zamanda Estoniya və Niderlandın vətəndaşları olan şəxslərdir”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquqşünas Roman Yeritsyan sosial şəbəkə hesabında yazıb və Ermənistan İstintaq Komitəsi ilə Ombudsman Aparatına müraciət edib.

“Deməli, Qarabağdan Ermənistana köç etmiş şəxs aksiya zamanı boş plastik butulka atanda, onu həmin gün kameralarla müəyyənləşdirirlər, 15 polisi zərərçəkən kimi tanıyırlar, vilyətin uzaq kəndindən xuliqanlıq şübhəsi ilə onu nəzarət altına alırlar və həmin gün həbs edirlər. Amma Komitas prospektində taksi gözləyən, 65 və 51 yaşlı Qarabağdan Ermənistana köç etmiş şəxsləri çiyinlə itələyəndə, guya yol vermədiklərinə görə onlara xəsarət yetiriblər. Sadəcə qeyd edim ki, bu əməl xüsusilə ağır əməl, butulka atmaqda ittiham olunan şəxsin əməli isə orta ağırlıqda əməl hesab olunur”, - deyə Yeritsyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənsistan  


Bizi "telegram"da izləyin