Ermənistan dövlət aparatında “cadugər ovu” başlayıb

2024/06/8e218-1718027181.jpg
Oxunub: 374     12:40     23 İyun 2024    
Orta halqalarda işləyən bəzi dövlət “kürək çantaları” hakimiyyətə xidmətlər göstərməyə çalışırlar, tabelikdə olanlardan kimin iştirak etdiyini müəyyən etmək üçün aksiyaların videolarını araşdırmaqla məşğuldurlar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, sonra zəng edirlər, izahat tələb edir və danlayırlar.

“Qurumlardan birində şöbə rəsisi aşkar edib ki, 1-2 nəfərdən başqa bütün şöbə həmişə mitinqlərdə iştirak edir. Söhbət etmək üçün onları çağırıb, işçilərin təcrübəli və demək olar əvəzolunmaz kadrlar olmasına baxmayaraq, hakimiyyətin apardığı siyasətlə razı deyillərsə, ərizə yazıb getməyi təklif edib. Amma işçilər layiqli əks-hücum ediblər və deyiblər ki, dövlət aparatı sizin mülkünüz deyil, nümayişlərdə iştirak etmək bizim konstitusion hüququmuzdur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cadugər-ovu  


Bizi "telegram"da izləyin