MKE “Eurosatory”də ABŞ bazarı üçün 30 milyon dollarlıq müqavilə imzalayıb

2024/06/1719040504.jpg
Oxunub: 185     12:50     22 İyun 2024    
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti dünyanın aparıcı müdafiə sənayesi sərgilərindən biri olan “Eurosatory”də ABŞ bazarı üçün 30 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Yarımavtomatik yüngül silahların satışını ehtiva edən müqavilə MKE-nin beynəlxalq bazarda böyümə hədəflərinə töhfə vermək və ABŞ bazarında iştirakını gücləndirmək baxımından ciddi əhəmiyyət kəsb edir.

Yüksək keyfiyyət standartları və qabaqcıl texnologiya silahları ilə qlobal müdafiə sənayesində üstünlük verilən marka olmağa davam edən MKE ABŞ bazarı üçün bu yeni müqavilə ilə şirkətin sektordakı mövqeyini daha da gücləndirəcək və beynəlxalq arenada rəqabət qabiliyyətini artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MKE   ABŞ  


Bizi "telegram"da izləyin