NATO ölkələri müdafiə xərclərində hədəfə yaxınlaşıb

2024/06/1719035128.jpg
Oxunub: 196     13:10     22 İyun 2024    
2024-cü il üçün təxmini məlumatlara görə, NATO ölkələrinin əksəriyyəti Ümumi Daxili Məhsulun (ÜDM) 2 faizindən çoxunu müdafiəyə ayırmaq məqsədinə nail olub.

Ordu.az xəbər verir ki, NATO müttəfiq ölkələrin müdafiə xərcləri ilə bağlı 2024-cü il proqnozlarını özündə əks etdirən hesabat dərc edib.

Hesabata görə, müttəfiq ölkələrin müdafiə xərcləri ümumilikdə 1,47 trilyon dollara yüksəlib.

Ən yüksək müdafiə xərcləri müvafiq olaraq ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə, Niderland və İspaniya tərəfindən edilib.

Büdcəsindən müdafiəyə ən çox pay ayıran ölkə 4,12 faizlə Rusiya-Ukrayna müharibəsindən ən çox təsirlənən ölkələrdən biri olan Polşa olub.

Rusiyanın nüvə silahı yerləşdirdiyi Belarusa qonşu olan Polşanı 3,43 faizlə Rusiyanın sərhəd qonşusu Estoniya izləyir.

ABŞ isə 3,38 faizlə Estoniyadan sonra qərarlaşır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Müdafiə-xərci  


Bizi "telegram"da izləyin