Türkiyə İraq və Suriya ilə sərhəddə xüsusi təhlükəsizlik bölgəsi yaradır

2024/06/67c5a-1718977997.jpg
Oxunub: 250     17:31     21 İyun 2024    
Türkiyə İraq və Suriya ilə sərhəddə yerləşən Şırnak vilayətində xüsusi təhlükəsizlik bölgəsi elan edir.

Ordu.az “Akşam” qəzetinin saytına istinadən xəbər verir ki, bu barədə Şırnak valiliyindən bildirilib.

Qeyd olunub ki, Qabar dağı, Cudi dağı və Altındağları əraziləri müvəqqəti olaraq xüsusi təhlükəsizlik bölgəsi elan ediləcək.

Qərar iyunun 24-dən 30-na qədər qüvvədə olacaq. İnsanların həmin ərazilərə daxil olması qadağan ediləcək.

Buna səbəb kimi təhlükəsizlik tədbirləri və asayişin qorunması göstərilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq   Suriya  


Bizi "telegram"da izləyin