Fransa və ABŞ səfirlikləri ölən ANAMA əməkdaşının ailəsinə başsağlığı verib

2024/06/11673-1718975884.jpg
Oxunub: 198     16:53     21 İyun 2024    
Fransa və ABŞ-nin Azərbaycandakı səfirlikləri işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minatəmizləmə işləri zamanı döyüş sursatının partlaması nəticəsində ölən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Raqif İsayevin ailəsinə başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliklərin “X” sosial şəbəkəsindəki hesablarında qeyd edilib.

Bildirilib ki, Fransa və ABŞ minalardan təmizləmə səylərində Azərbaycana dəstək olmağa çalışır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   ABŞ  


Bizi "telegram"da izləyin