Əziz Ələkbərli: "Qərbi Azərbaycana qayıdışla bağlı festival çox möhtəşəm hazırlanıb"

2023/03/78887-1678186163.jpg
Oxunub: 220     15:54     21 İyun 2024    
Naxçıvanın Batabat yaylağında təşkil olunan Qərbi Azərbaycana qayıdışla bağlı festival çox möhtəşəm hazırlanıb.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan icmasının İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

O bildirib ki, bu gün Naxçıvanın Batabat yaylağında təşkil olunan Qərbi Azərbaycana qayıdışla bağlı festival-konqres çox möhtəşəm hazırlanıb:

“Artıq ikinci dəfədir ki, Naxçıvanda Qərbi Azərbaycanla bağlı festival keçirilir. Yeddi ay bundan əvvəl, noyabrın 23-24-də Naxçıvan şəhərində və Ordubad rayonu ərazisində keçirilən birinci festivalda qərara alınıb ki, hər il Naxçıvanda Qərbi Azərbaycana qayıdışla bağlı festival təşkil olunsun.

Bu, bizim Qərbi Azərbaycana qayıdışla bağlı dünya ictimaiyyətinə mesajımızdır və hər kəs bilməlidir ki, bu insanların öz ata-baba yurdlarına qayıtmaları onların beynəlxalq hüquqa söykənən haqqıdır, alternativi olmayan bu qayıdış gec-tez baş tutmalıdır.

Biz belə möhtəşəm festival-konqres təşkil etdikləri üçün Azərbaycan Respublikası Prezidentinin Naxçıvan nümayəndəliyinə, Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə və bütün kollektivinə, digər təşkilatçılara, eyni zamanda, Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əziz-Ələkbərli  


Bizi "telegram"da izləyin