ABŞ səfirliyi həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verib

2024/06/66755-1718968302.jpg
Oxunub: 149     14:47     21 İyun 2024    
“Bu gün mina partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşının ailəsinə başsağlığı veririk”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi öz Facebook səhifəsində paylaşım edib.

“Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir”, - paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   ANAMA  


Bizi "telegram"da izləyin