"Rusiya-Azərbaycan münasibətləri müsbət dinamika nümayiş etdirir" - Elşad İskəndərov

2024/06/trend-1718964960.jpg
Oxunub: 141     14:14     21 İyun 2024    
Rusiya-Azərbaycan münasibətləri müsbət dinamika və proqnozlaşdırıla bilən inkişaf nümayiş etdirir.

Ordu.az xəbər verir ki, bunu bu gün Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının 5-ci iclasında çıxışında deyib.

O qeyd edib ki, hər iki dövlətin birgə regional səylərini istiqamətləndirən vektorlardan biri regional siyasi və iqtisadi əməkdaşlığın təmin edilməsinə və kənardan dağıdıcı müdaxilə cəhdlərinin məhdudlaşdırılmasına ümumi yanaşmalardır.

"Həm Azərbaycanın, həm də Rusiya Federasiyasının qəbul edilən qərarlarının suverenliyi lehinə aydın seçimi var", - İsgəndərov vurğulayıb.

Onun sözlərinə görə, Bakı tədbirinin keçirilməsi Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşdırılması iradəsinin necə reallaşdığına bir nümunədir.

"Üç il əvvəl ekspert şurasının yaradılması ideyası ilk dəfə qaldırılanda biz bu təşəbbüsün əməli nəticələrinin olacağına əmin idik. Sevindirici haldır ki, qısa müddət ərzində ekspertlərimizin görüşdüyü platforma artıq beşinci iclasını keçirir", - diplomat əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin