ABŞ İsrailə 18 milyard dollarlıq F-15-lərin satışını təsdiqləyib

2024/06/1718960450.jpg
Oxunub: 150     12:59     21 İyun 2024    
ABŞ Konqresində iki demokrat siyasətçi uzun müddətdir etiraz etdikləri İsrailə döyüş təyyarələrinin satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, ABŞ-nin “Washington Post” (WP) qəzetinə danışan və kimliklərinin açıqlanmamasını istəyən 3 ABŞ rəsmisi Nümayəndələr Palatasının üzvü Qreqori Miks və senator Ben Kardinin 18 milyard dollar dəyərində 50 ədəd F-15-in satışını təsdiqlədiklərini bildirib.

Xəbərdə Miks və Kardinin bir müddətdir ABŞ prezidenti Co Bayden administrasiyası və israilyönlü siyasətçilərin təzyiqi altında olduğu yazılıb.

Beynəlxalq Əlaqələr Komitəsində işləyən Miks və Kardin xarici ölkələrə silah satışına veto qoymaq səlahiyyətinə malik olan 4 nəfərdən biridir.

Respublikaçı senator Ceyms Riş və Nümayəndələr Palatasının üzvü Maykl MakKol bir neçə ay əvvəl döyüş təyyarələrinin satışını təsdiqləyiblər. Miks və Kardinin imza atmaması təyyarələrin satışı prosesini əngəlləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin