Ermənistan hökumətinə dörd ay ərzində Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirmək barədə çağırış edilib

2024/06/1718957005.jpg
Oxunub: 154     14:01     21 İyun 2024    
İyunun 20-də İrəvandakı “Ani Plaza” otelində Demokratik Mülki və Siyasi Qüvvələr Platforması Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı referenduma həsr olunmuş forum keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Tədbirdə demokratik parlamentdənkənar siyasi partiyaların və təşkilatların nümayəndələri, fəallar və Ermənistanın vətəndaş cəmiyyətinin digər liderləri və nümayəndələri iştirak ediblər.

Konfransda Ermənistandakı xarici diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Tədbirdə Ermənistan hökumətinə dörd ay ərzində Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirmək barədə çağırış edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin