36 ədəd “Caesar” özüyeriyən artilleriya qurğusu alan Ermənistan 200 minə yaxın mərmini təmin edə biləcəkmi?

2024/06/image-1718954024.jpg
Oxunub: 434     15:33     21 İyun 2024    
“Ermənistanın Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya qurğusu alması Azərbaycanda böyük hay-küyə, Ermənistanda isə böyük sevincə səbəb olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, mütəxəssislər haubitsaları yüksək qiymətləndirirlər, uzun mənzillidir, çevik atəşə nəzarət sisteminə malikdir, dəqiqdir və s.

“Amma bəziləri deyir ki, müqavilə imzalamaq başqa, Ermənistana silah çatdırmaq başqa şeydir. Bundan əlavə, artilleriya vasitələrindən istifadə edə bilən kadrlara malik olmalı, onları sisteminizə inteqrasiya etməlisiniz. Hər artilleriya qurğusu üçün ən azı 2-3 min, NATO standartlarına görə isə 6 min mərmi lazımdır. Yəni 30 artilleriya qurğunuz varsa, 180 min mərminiz olmalıdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistana   Fransa   Caesar  


Bizi "telegram"da izləyin