Ermənistanda xəsarət alan jurnalist və operatorlar radikallarla əlaqədə olmaqda ittiham edilir

2024/06/timth-1718953703.jpg
Oxunub: 186     14:20     21 İyun 2024    
İyunun 12-də İrəvanda, Bağramyan prospektində baş verən toqquşma ilə bağlı başlanmış cinayət işi üzrə xəsarət alan jurnalistləri və operatorları dindirmək növbəsi bir sıra KİV-lərin yaralı jurnalistləri və operatorlarına çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, müstəntiqlər media nümayəndələrindən hərəkatın lideri Baqrat Srbazanla hansı əlaqələrinin olduğunu, kimin təkidi və ya marağı ilə Bağramyan prospektinə getdiklərini, hərəkatın lideri ilə telefon danışığı aparıb-aparmadıqlarını soruşurlar.

“Dindirilən media nümayəndələri müstəntiqlərin çarpaz, lakin eyni məzmunlu suallarını cavablandırıblar və bildiriblər ki, peşə fəaliyyətlərini həyata keçirmək üçün gediblər, liderin kim olmasından asılı olmayaraq bunu bütün hadisələrdə və vəziyyətlərdə edirlər, çünki bu, ölkədəki vəziyyətdir, KİV-lər isə baş verən hadisələri işıqlandırırlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz  


Bizi "telegram"da izləyin