MKE rekord artıma imza atıb

2024/06/2024--1718951239.jpg
Oxunub: 231     17:18     21 İyun 2024    
Türkiyə İxracatçılar Məclisinin (TİM) hazırladığı 2023-cü il üzrə ixracatçılar siyahısında “Makine ve Kimya Endüstrisi A.Ş.” (MKE) rekord artıma imza atıb.

Ordu.az xəbər verir ki, illik ixracatını 947 faiz artıran MKE siyahıda birinci olub.

Türkiyə iqtisadiyyatının böyüməsi və əlavə dəyər yaradılması üçün ixrac böyük əhəmiyyət kəsb edir.

Müdafiə şirkətləri son illərdə sürətlə artan ixrac uğurları ilə adından söz etdiriblər. Bu şirkətlərdən biri də MKE-dir.

MKE 2022-ci ildə dollar ifadəsində cəmi 42,6 milyon dollar ixracat həyata keçirib. TİM rəqəmlərinə görə, MKE 2023-cü ildə ixracatda yüksəkdən uçub. Ümumi artım 947 faiz təşkil edib.

MKE-nin 2023-cü il ixracat rəqəmi 42,6 milyon dollardan 447,3 milyon dollara yüksəlib. Bu artım TİM-in hazırladığı ixrac siyahılarında da öz əksini tapıb. İxracını ən çox artıran şirkət MKE olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MKE  


Bizi "telegram"da izləyin