KİV: Xankəndidən Ermənistana qayıdan Qalstyan hələ də “casus” kimi tanınır?

2024/06/1718951028.jpg
Oxunub: 261     17:10     21 İyun 2024    
2023-cü il sentyabrın 19-da Azərbaycan hərbi əməliyyata başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, Qarabağdan Ermənistana könüllü köç zamanı Qarabağda könüllü qalanlar arasında “təhsil nazirliyi”ndə və Şuşa “şəhər bələdiyyəsi”ndə çalışmış Sarkis Qalstyanın da olduğu məlum idi.

“O, ailə üzvlərinin məsləhətinə qulaq asmayıb və ermənilərin tezliklə qayıdacaqlarını düşünərək, həyat yoldaşının yanında Qarabağda qalmağa qərar verib. Bir müddət sonra Sarkis Qalstyanın Azərbaycan pasportu alması və Xankəndinin komendantı təyin olunması barədə məlumat yayılıb. Təbii olaraq mətbuatda dərc olunan bu məlumatı Sarkis Qalstyanın qardaşı oğlu Davit Qalstyan təkzib edərək, əmisinin Azərbaycan pasportu almadığını, hərbiləşdirilmiş təyinat almadığını qeyd edib, Sarqis Qalstyanın övladlarının Ermənistanda olduğunu və belə yalan xəbərləri yayanların məhkəməyə veriləcəyini vurğulayıb. Aprelin 3-də məlum olub ki, Qarabağda 7 ay qaldıqdan sonra Sarkis Qalstyan həyat yoldaşı ilə birlikdə Ermənistana qayıdıb, onlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Gorusdan olan əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Sarkis Qalstyan casusluq ittihamı ilə həbs edilib, həyat yoldaşı isə sərbəst buraxılıb. Uzun müddət idi ki, mətbuatda nə Qalstyan ailəsi haqqında, nə də başlanmış cinayət işi və ibtidai istintaqla bağlı məlumat verilmirdi. Nəşrimiz İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyandan soruşub ki, Sarkis Qalstyana qarşı cinayət işi hansı mərhələdədir, onun həyat yoldaşı təqsirləndirilən şəxs statusuna malikdirmi? “Bu iş hələ də araşdırılır, yəni iş başa çatmayıb”, - deyə Abramyan cavab verib. Sarkis Qalstyanın həyat yoldaşına gəlincə, İstintaq Komitəsinin sözçüsü bildirib ki, onun təqsirləndirilən şəxs statusu yoxdur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan   Xankəndi  


Bizi "telegram"da izləyin