İsveçrə “sanitariyası” kiməsə köməkdir? Çoxqütblü dünya anarxik-xaotik olacaq?

2024/06/1718973612.jpg
Oxunub: 370     16:32     21 İyun 2024    
Artıq bir neçə gündür ki, Ukrayna Sülh Konfransının yekun Bəyannaməsinin layihəsi məlumdur.

Məlumata görə, iştirakçı ölkələr “istənilən ölkənin, o cümlədən Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və siyasi müstəqilliyinə, habelə mübahisələrin sülh yolu ilə həllinə sadiq olduqlarını bir daha təsdiqləyirlər”. Sülh konfransında 92 dövlət, 8 beynəlxalq təşkilat iştirak edib, Birləşmiş Millətlər Təşkilatı müşahidəçi qismində iştirak edib.

Həmin beynəlxalq platformanın əhəmiyyəti o qədər böyükdür ki, əvvəlcə neytrallığını elan etmiş Səudiyyə Ərəbistanı da son anda konfransa qoşuldu. Anti-Rusiya konfransında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da iştirak etməsi Moskva üçün təəccüblü olmadı.

Konfransın praktik əhəmiyyəti olmayacaqmı, məsələlər kağızla yox, yerlərdə qüvvələr nisbəti ilə həll olunurmu, Rusiya Ermənistanı cəzalandıracaqmı? Əsas suallar bunlardır? Rusiya Ermənistanı artıq, onların dediyi kimi, “дальше некуда” cəzalandırıb. Habelə Lukaşenkonun mayın 16-da verdiyi açıqlamadan məlum oldu ki, Moskvanın geosiyasi planlarında suveren Ermənistan nəzərdə tutulmur.

Həmçinin qeyd edək ki, İsveçrə “sanitariyası” Ukrayna böhranı üçün dərman deyil, lakin 92 ölkənin siyasi dəstəyi Kiyevin beynəlxalq münasibətlərdə müstəqil danışıq aparmağa qadir tərəf kimi çıxış etməsi üçün ciddi resursdur. “Biz Rusiya prezidentinin təklifləri ilə bağlı Çinin nöqteyi-nəzərini bilmək istərdik”, - deyə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan konfransın “yan salonları”nda bildirib. Bu, Pekinə qarşı diplomatik “yaba tətbiqi”dir.

Bütün dövlətlərin ərazi bütövlüyü, siyasi müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət Tayvanla problemi olan Çinə də aiddir. Pekində bunu başa düşdülər və cavab verdilər ki, Tayvanın müstəqilliyinin tanınması müharibə demək olacaq. Əgər dünyanın onlarla ölkəsi İsveçrə “sanitariyası”na gəlməyibsə, bu o demək deyil ki, onlar Krım, Donbas, Xarkov və Xersonun Rusiya tərəfindən işğal edilməsini tanımağa hazırdırlar.

Səbəb Kiyevə bağlılıq və ya “neo-bandarizm”ə simpatiya deyil: bir ölkənin suveren ərazisinin işğalını tanımaq öz ərazisinin bütövlüyünü, siyasi müstəqilliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini zərbə altında qoymaq deməkdir. Münaqişədən sonrakı dünya bəlkə də və ya böyük ehtimalla çoxqütblü olacaq, lakin heç vaxt güc hüququnun üstünlük təşkil edəcəyi anarxik-xaotik olmayacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Sülh-Konfransı  


Bizi "telegram"da izləyin