Dünya yeddidən böyükdür| Ərdoğanın G-7-də iştirakı nə deməkdir?

2024/06/thumb-1718948993.jpg
Oxunub: 333     12:33     21 İyun 2024    
İyunun 13-də İtaliyanın cənubundakı Apuliya bölgəsindəki “Borgo Egnazia” lüks kurortunda başlayan G7 Liderlər Zirvəsinə Türkiyə Prezidenti də daxil olmaqla, digər mühüm dövlət liderləri də dəvət olunub.

G7-nin ikinci günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ümumi və ikitərəfli sessiyalarda iştirak etmək üçün sammitə fövqəladə dəvət edilməsi Türkiyənin mürəkkəb qlobal məsələlərdə mühüm tərəfdaş kimi artan rolunu nümayiş etdirir.

G7 və İtaliyanın sədrliyi

İtaliyanın Baş naziri Corca Meloni G7 2024-ü böyük qürurla açaraq, dialoqu və inklüzivliyi təşviq etmək məqsədilə beynəlxalq kontekstdə cari çağırışların həllində İtaliyanın mərkəzi mövqeyini vurğuladı. Apuliya bölgəsinin sammitə ev sahibliyi etməsi təsadüfi seçim deyildi. Çünki bu seçimlə verilməsi istənilən mesaj Qlobal Cənub ilə dialoqu gücləndirmək idi. Meloni bu seçimlə bağlı açıqlamasında qeyd edib: “Apuliya bölgəsi tarixən Qərblə Şərq arasında körpü olub. Region Aralıq dənizinin mərkəzində, dünyanın iki ən böyük dəniz ərazisini, Atlantik və Hind-Sakit okeanı birləşdirən orta dənizdə dialoq ölkəsidir”.

Bu kontekstdə bütün aktorlarla qarşılıqlı əlaqə böyük əhəmiyyət kəsb edir. Cari böhranlara davamlı həll yollarının tapılmasına yönəlmiş əməkdaşlıq ruhu çoxəsrlik zeytun ağacını təsvir edən İtaliyanın G7 loqotipində də aydın görünür. Zeytun ağacı İtaliya və Aralıq dənizi coğrafiyasının ən çox yayılmış və müəyyənedici ağaclarından biri olmaqla yanaşı, həm də sülhü simvollaşdırır. Buna görə də Aralıq dənizi hövzəsi çoxlu sayda liderlə anlayışa əsaslanan qabaqcıl dialoq, vasitəçilik, münaqişələrin həlli və böyüyən qlobal problemlərə cavab üçün effektiv strategiyaların və platformaların hazırlanması baxımından vacibdir.

Güclü ikitərəfli əlaqələrdən tutmuş G7 dəvətinə qədər

Həqiqətən də Meloni öz hökuməti dövründə İtaliyanın mərkəzliyini bərpa etmək üçün böyük beynəlxalq səy göstərdi. Bu yolla böyük qlobal oyunçularla konstruktiv əlaqələr qurdu. Roma Mattei Planı olaraq da adlandırılan Avropa İttifaqı (Aİ) Qlobal Keçid Layihəsini tamamlayan Afrika Planını dəstəkləyərək, praqmatik bir şəkildə Qlobal Cənuba diqqət yetirir.

Bu yenilənən yanaşma həm də Türkiyə kimi digər əsas aktorlarla güclü əlaqələrə əsaslanır. Məlum olduğu kimi, Ankara ilə Roma arasında güclü əlaqələr mövcuddur. Türkiyə və İtaliya Aralıq dənizi ölkələri ilə eyni beynəlxalq qurumların üzvləridir. Bu iki ölkə eyni imkanları və çağırışları bölüşür. Melonun 2024-cü ilin yanvarında İstanbula səfəri zamanı göründüyü kimi, iki lider arasındakı qarşılıqlı rəğbət sayəsində həmişə mövcud olan bağ daha da güclənib. Xüsusilə İtaliya üçün çox vacib bir sənəd olan miqrasiya ilə bağlı mühüm əməkdaşlıq imzalandı.

Bu dostluq, hörmət və qarşılıqlı hörmət ruhunda Meloni Ərdoğanı şəxsən G7-yə dəvət etməklə, Türkiyə üçün tarixi bir ilkə imza atdı.

Müxtəlif fayllar və Türkiyənin kritik rolu

G7 Ukrayna üzrə iki sessiya və prezident Volodimir Zelenskinin iştirakı ilə açılıb. 2024-cü ilin sonuna qədər Ukraynaya 50 milyard dolların göndərilməsi ilə bağlı razılıq əldə olunsa da, problemin həlli hələ də gözləmədədir. G7 üzvləri arasında diplomatik vasitəçilikdən yan keçilməsi ilə bağlı qəti konsensus var. G7 ölkələrinin bu anlayışı diplomatik vasitəçiliyə sərmayə qoyan Türkiyə ilə incə fərqə işarə edir. Türkiyənin bu səyi Rusiya və Ukrayna tərəfindən tanınır və Qərb bloku tərəfindən yüksək qiymətləndirilir.

G7 Ukrayna ilə yanaşı, mövcud və sürətlə dəyişən beynəlxalq sistemin çağırışlarını da müzakirə edib. Bunlara miqrasiya, Afrika ilə tərəfdaşlıq, Yaxın Şərqdəki müharibə, ətraf mühit, enerji və Süni Zəka (SZ) kimi məsələlər daxildir. Əslində bütün məsələlər Türkiyənin xarici siyasət gündəmində prioritetdir. Bu kontekstdə Ankara çoxtərəfli və əməkdaşlıq yanaşmalarına uyğun qlobal vizyona malik regional balanslaşdırıcı aktor kimi seçilir.

Türkiyə Rusiya-Ukrayna müharibəsindəki kritik rolundan əlavə, hazırda İsrailin Qəzzaya qarşı müharibəsində atəşkəs və davamlı həllin təmin edilməsi ilə məşğuldur və özünü qarant dövlət kimi təqdim edir. Qəzzada baş verənləri davamlı olaraq pisləyən Ərdoğan Qəzzada baş verən humanitar fəlakətə diqqət çəkmək və bu mövzuda maarifləndirmək üçün də sıx səylər göstərir. Buna görə də G7 Zirvəsi Qəzza böhranını daha da vurğulamaq üçün başqa bir fürsət oldu. Ankara Suriya, Liviya və Azərbaycan kimi döyüş bölgələrində çoxtərəfli mexanizmlər və seqmentlərə bölünmüş ittifaqlar vasitəsilə mühüm atəşkəslərə vasitəçilik edib.

Eyni zamanda, Türkiyə beynəlxalq humanitar yardımın əsas donoru və təcrübəli maraqlı tərəfi kimi yüksəlir. Bu kontekstdə təxminən 4 milyon suriyalıya ev sahibliyi etməkdə Türkiyənin oynadığı böyük rol diqqət çəkir. Miqrasiya məsələsində Türkiyə Aİ və bütün beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş olduğunu sübut etdi. Üstəlik, regional siyasətləri sayəsində Türkiyə sərhəd təhlükəsizliyi və miqrasiya axınlarına nəzarətlə bağlı bəzi mühüm razılaşmaların tərəfinə çevrilib.

Miqrasiya məsələsi İtaliyanın G7-nin gündəmində birinci yerdədir. Ona görə də Afrikaya qarşı yenilənən maraq təhlükəsizlik və sabitliyin təminatçısı kimi tarixi və qanuni payı olan Türkiyə ilə əməkdaşlıq yanaşmalarına əsaslanır. Ona görə də miqrasiya, təhlükəsizlik və enerji kimi kritik məsələlərin müzakirəsindən sonra Qlobal Cənub və G7 ölkələri arasında konstruktiv dialoq yaranır. Bundan əlavə, G7-nin logistika və ətraf mühit məsələlərinə diqqət yetirməsi Türkiyənin “Covid-19” pandemiyası zamanı təchizat və qlobal dəyər zəncirinin yenidən formalaşdırılmasına verdiyi töhfəni də xatırladır.

Bundan əlavə, ətraf mühitə sadiqlik, təbii fəlakətlərə cavab verməyə hazır olma, enerjinin şaxələndirilməsi siyasəti, rəqəmsal və texnologiya innovasiyası da Ankaranı G7-də əsas həmsöhbət mövqeyinə yüksəldir. Bütün bu məsələlər və prioritet sahələr üzrə diplomatik münasibətlərin inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması zərurətə çevrilir. Bu da qaçılmaz şəkildə Türkiyənin hal-hazırda sınaqdan keçirdiyi kimi məlumatlılıq, dialoq, vasitəçilik, etimad yaradılması, gərginliyin azaldılması və “qazan-qazan” yanaşmalarından keçir.

Bununla belə, sabitlik və rifahı təmin etməyə yönəlmiş strateji prioritetlərin sintezindən Qəzzada baş verənlərin təcili olaraq dayandırılmasının zəruriliyinin yenilənməsi və Ərdoğanın diplomatik olaraq “7 böyüklər” də daxil olmaqla, hər masada dəstəkləməyə davam etdiyi “Dünya beşdən böyükdür” şüarı altında yeni bir beynəlxalq arxitektura üçün oyandırma çağırışı çıxır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   G-7  


Bizi "telegram"da izləyin