Netanyahu silah tədarükünün bərpası üçün hücumlara dözməyə hazır olduğunu bildirib

2024/06/1718946125.jpg
Oxunub: 114     02:23     21 İyun 2024    
İsrailin Baş naziri Binyamin Netanyahu yenidən ABŞ-ni ölkəsinə fasiləsiz silah tədarük etməyə çağırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Baş nazir “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Eyni zamanda o, Vaşinqtonun İsrail tərəfini lazımi avadanlıqla təmin etdiyi müddətcə şəxsi hücumlara dözməyə hazır olduğunu bəyan edib.

“Mən şəxsi hücumlara dözməyə hazıram, bir şərtlə ki, İsrail ABŞ-dən mövcudluğu uğrunda mübarizə aparmaq üçün lazım olan sursat alsın”, - Baş nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Silah  


Bizi "telegram"da izləyin