İrakli Kobaxidze ABŞ səfirinin Gürcüstanı tənqid etməsini “ikili standartlar” adlandırıb

2024/06/1718945936.jpg
Oxunub: 92     00:35     21 İyun 2024    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin ölkəsindəki səfirinin Çinlə iqtisadi əlaqələrin dərinləşməsi ilə bağlı Tbilisini tənqid etməsini “ikili standartlar” adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Baş nazir jurnalistlərə açıqlamasında deyib.

“Hər kəs bilir ki, Çin Aİ və ABŞ-nin əsas ticarət tərəfdaşlarından biridir. Dövlətimizin bu addımları ölkəmizin milli maraqlarına xidmət edir və təbii ki, biz bundan sonra da müvafiq istiqamətdə fəaliyyət göstərəcəyik”, - İ.Kobaxidze bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan  


Bizi "telegram"da izləyin