Netanyahu: "İsrail HƏMAS-ın məhvinə qədər Qəzzanı tərk etməyəcək"

2024/05/1715317850.jpg
Oxunub: 248     22:27     20 İyun 2024    
İsrail HƏMAS hərəkatının hərbi və idarəetmə strukturunu məhv edənə, bütün girovları qaytarana qədər Qəzza zolağından çıxmayacaq.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu girovların ailələri ilə görüşündən sonra bildirib.

"Biz oğurlanmış 120 nəfərin hamısını - həm diri, həm də ölü - geri qaytarmaqda qərarlıyıq. Mərhələli olsa belə, biz bu işdən əl çəkməyəcəyik", - Netanyahu qeyd edib.

Baş nazirin sözlərinə görə, İsrailin anklavdakı hərbi mövcudluğu HƏMAS-a təzyiq edir və bu, girovların geri qaytarılması üçün imkanlar yaradır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin