ABŞ istehsal olunan bütün “Patriot” və NASAMS sistemlərini Ukraynaya verəcək

2024/01/1706682893.jpg
Oxunub: 373     21:19     20 İyun 2024    
ABŞ administrasiyası hazırda istehsal olunan bütün “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya vermək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlər üçün onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Birləşmiş Ştatlar yaxın gələcək üçün planlaşdırılan hərbi texnika təchizatının, o cümlədən “Patriot” və “NASAMS” sistemlərinin tədarükünün prioritetini dəyişdirmək, onları digər ölkələrə yox, məhz Ukraynaya göndərməklə bağlı çətin, lakin zəruri qərar qəbul edib”, - C.Kirbi deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASAMS   Patriot  


Bizi "telegram"da izləyin