Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb

2024/06/66743-1718896794.jpg
Oxunub: 193     18:25     20 İyun 2024    
Moskvanın Basmannı Rayon Məhkəməsi Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun həbs müddətini daha üç ay uzadıb.

Ordu.az xəbər verir ki, bu gün Basmannı məhkəməsi keçmiş müdafiə nazirinin müavini barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaqın vəsatətinə baxıb.

İclas bağlı qapılar arxasında keçirilib. Məhkəmə həbs müddətini sentyabrın 23-dək uzadıb.

Qeyd edək ki, İvanov bu il aprel ayının 23-də saxlanılıb. O, vəzifə səlahiyyətlərini aşmaqda və külli miqdarda rüşvət almaqda ittiham olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Həbs  


Bizi "telegram"da izləyin