Aİ 69 şəxs və 47 təşkilata qarşı sanksiya tətbiq edəcək

2024/06/1718871897.jpg
Oxunub: 217     16:39     20 İyun 2024    
Avropa İttifaqı (Aİ) 14-cü sanksiyalar paketi çərçivəsində 69 nəfəri və 47 təşkilatı “qara siyahı”ya salacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbələr bildiriblər ki, Aİ sanksiyalar siyahısına ümumilikdə daha 47 qurum və 69 fiziki şəxs əlavə etmək niyyətindədir və bununla da ümumi sayı 2200-ə çatacaq.

Məhdudiyyətlərin yekun təsdiqi iyunun 24-də Aİ xarici işlər nazirlərinin görüşündə gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Sanksiya  


Bizi "telegram"da izləyin