Qanunsuz “hərbi birləşmənin keçmiş komandiri” Ermənistan MN-i məhkəməyə verib

2024/01/1705910762.jpg
Oxunub: 202     15:16     20 İyun 2024    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan ləğv edilmiş qanunsuz “hərbi birləşmənin keçmiş komandiri” Mikayel Arzumanyan, onun həyat yoldaşı Diana Davtyan, oğulları Arsen və Albert Arzumanyanlar Ermənistan Müdafiə Nazirliyini məhkəməyə veriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.

Onlar məhkəmədən Ermənistan Müdafiə Nazirliyinin Hərbi qulluqçuların sosial müdafiəsi idarəsinin rəisinin 12 iyul 2023-cü il tarixli “Bildirişi” əsasında 8 saylı inzibati aktı ləğv etməyi tələb edirlər.

Xatırladaq ki, 2022-ci ildə Arzumanyan Şuşa və ətraf ərazilərin müdafiəsinin təşkili zamanı hərbi vəzifə səhlənkarlığına yol verməkdə ittiham edilərək həbs edilib. Lakin Arzumanyan ittihamı qəbul etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Məhkəmə  


Bizi "telegram"da izləyin