AYİB Azərbaycan, Gürcüstan və Ermənistana yatırılan investisiyaların məlumatlarını təqdim edib

2024/06/l-tAX-1718874602.jpg
Oxunub: 241     16:11     20 İyun 2024    
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz regionuna yatırdığı investisiyaların ümumi həcmi hazırda Ermənistanda 2,4 milyard avro, Azərbaycanda 3,7 milyard, Gürcüstanda isə 5,3 milyard avro təşkil edir.

Ordu.az-ın xəbərinə görə, bank bildirib ki, AYİB Türkiyənin əsas investorlarından biridir.

“2009-cu ildən bank 442 layihə vasitəsilə 19,8 milyard avro sərmayə qoyub. Ötən il AYİB-in Türkiyəyə yatırdığı 2,5 milyard avro investisiyanın 91%-i özəl sektora, demək olar 58%-i isə ölkənin yaşıl iqtisadiyyata keçidinə yönəldilib. Türkiyə hələ də AYİB-in ən böyük bazarıdır və bank ötənilki zəlzələlərdən sonra Türkiyənin bərpa və yenidənqurma ehtiyacları üçün 2023-cü ildə ölkəyə rekord məbləğdə 2,5 milyard avro sərmayə qoyub. Türkiyə bizim üçün çox mühüm Qafqaz regionunda mühüm bazardır. AYİB Türkiyənin daha yaşıl, daha davamlı və əhatəli iqtisadiyyata çevrilməsinin ayrılmaz hissəsinə çevrilib. Biz həmçinin zəlzələdən zərər çəkmiş şəhərlərin bərpasında ölkəyə dəstək verməyə sadiqik”, - deyə bank qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AYİB   Azərbaycan   Gürcüstan   Ermənistan  


Bizi "telegram"da izləyin