KİV: Ermənistanda növbədənkənar seçkilər “mexaniki olaraq uğursuz ediləcək”

2024/06/timth-1718874406.jpg
Oxunub: 220     14:54     20 İyun 2024    
Əvvəldən bəlli idi ki, Nikol Paşinyanın fraksiyası müxalifətin Ermənistan parlamentinin növbədənkənar iclasının çağırılması təşəbbüsünü uğursuz edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu səbəbdən onlar ilk olaraq iyunun 12-də belə bir iclas çağırmaq fürsətinə “atılıblar”, bundan 5 gün sonra, qanuna əsasən, eyni gündəliyə malik parlamentin iclası çağırılmalı idi.

“İclas, təbii ki, baş tutmayıb, amma Paşinyanın fraksiyasının “atmazkası” olduqca diqqətçəkəndir. Paşinyan fraksiyası bildirib ki, növbədənkənar seçkilərin “mexaniki olaraq uğursuz edilməsi”nə gedəcək. Yəni “iş”ə getmirlər, kvorum yığılmır, iclas baş tutmur. Fraksiyadan rəsmi şəkildə bəyan ediblər ki, “Vətəndaş Müqaviləsi” iclasda iştirak etməyəcək, çünki müxalifətin gündəliyi saxtadır və Ermənistanın dövlət maraqlarından irəli gələn gündəmlərə uyğun gəlmir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Növbədənkənar-seçki  


Bizi "telegram"da izləyin