Erməni ekspert: “Hakim rejimin məsuliyyətə cəlb edilməsi tələbi ilə KTMT-nin müvafiq strukturlarına müraciət edin”

2024/06/2024--1717586928.jpg
Oxunub: 234     17:23     21 İyun 2024    
Erməni tarix elmləri namizədi, politoloq, beynəlxalq məsələlər üzrə ekspert Karine Yesayan hüquq müdafiəçilərini beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Yesayan Ermənistanda hakimiyyəti zəbt etmiş rejimin göstərişi ilə polis tərəfindən etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq edilməsi, zorakılıq, işgəncə, qanunsuz həbslər, toqquşmalara səbəb olma faktları əsasında istintaqa başlanılması məqsədilə bu çağırışı edib.

“Həmçinin Ermənistanda hakimiyyəti qəsb etmiş və öz əməlləri ilə dövlətin ərazi bütövlüyünü təhdid edən hakim rejimin məsuliyyətə cəlb edilməsi tələbi ilə KTMT-nin müvafiq strukturlarına müraciət edin. Bütün mümkün beynəlxalq platformalarda Ermənistanın hakim administrasiyasının fəaliyyəti nəticəsində dövlətə, millətə, Erməni Apostol Kilsəsinə qarşı ekzistensial təhlükələr və onların dərhal zərərsizləşdirilməsinin həyati zərurəti haqqında danışın”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin