Kanada Ukraynaya yeni hərbi dəstək paketi göndərməyə hazırlaşır

2024/06/2024--1718873216.jpg
Oxunub: 217     15:45     20 İyun 2024    
Kanadanın müdafiə naziri Bill Bleyr bəyan edib ki, Ottava Ukraynanı Rusiya işğalından müdafiə etmək üçün əlavə taktiki avadanlıq verəcək.

Ordu.az xəbər verir ki, göndəriləcək paketə Kanada ordusunun ehtiyatlarından 29 “Nanuk” silah sistemi və daha əvvəl ölkənin CF-18 “Hornet” döyüş təyyarələrində quraşdırılmış təxminən 2300 CRV7 raket mühərriki daxil olacaq.

Kanada bəyan edib ki, “Nanuk” sistemləri müxtəlif növ missiyalar üçün müxtəlif zirehli vasitə platformalarına quraşdırıla bilər.

Bu arada Kanada Müdafiə Araşdırma və İnkişaf Agentliyi və sənaye tərəfdaşı “Magellan Aerospace” CRV7-lərin effektivliyini təmin etmək üçün göndərilmədən əvvəl sınaqdan keçirildiyini açıqlayıb.

Bu məhsullara əlavə olaraq, Kanada Ukrayna qoşunlarına 130 mindən çox atıcı silah göndərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ukrayna  


Bizi "telegram"da izləyin