İsrailin silah satışı rekordu qırıb

2024/06/2024--1718873133.jpg
Oxunub: 433     21:18     20 İyun 2024    
İsrailin silah satışının rekord qıraraq, 13 milyard dollara çatdığı bildirilib.

Ordu.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin bazar ertəsi açıqladığı rəqəmlərə görə, İsrailin illik silah satışı 2023-cü ildə ardıcıl üçüncü il üçün yeni rekorda çatıb və beş il əvvəllə müqayisədə təxminən iki dəfə artıb.

Nazirliyin SIBAT olaraq tanınan Beynəlxalq Müdafiə Əməkdaşlıq Müdirliyi 2022-ci ildə 12,5 milyard dollar olan müdafiə ixracının keçən il 13 milyard dollara çatdığını açıqlayıb.

Bu rəqəmlər 2018-2020-ci illər arasında 7,5-8,5 milyard dollar arasında dəyişib.

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, müharibəyə baxmayaraq, 2023-cü il yeni bir rekord qırıb və mühüm ixrac müqavilələrinə şahid olub.

İxracatın ən böyük hissəsini 36 faizlə hava hücumundan müdafiə sistemləri təşkil edib. Buna əsasən İsrailin Almaniyaya “Arrow-3” raketdən müdafiə sistemini 4 milyard avroya satması səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Silah  


Bizi "telegram"da izləyin