İsrail “Orbiter 2” PUA-sının yeni variantını təqdim edib

2024/06/2024--1718872880.jpg
Oxunub: 449     16:40     20 İyun 2024    
İsraildə yerləşən müdafiə sənayesi təşkilatı “Aeronautics Group” müşahidə və dəqiq hücum imkanlarını birləşdirən məşhur “Orbiter 2” Pilotsuz Uçuş Aparatının (PUA) yeni variantını təqdim edib.

Ordu.az xəbər verir ki, “Orbiter 2 LM” birtərəfli hücum platforması yaxınlıqdakı kəşfiyyat, müşahidə və aşkarlama PUA-ları ilə hədəfləri zərərsizləşdirmək üçün nəzərdə tutulub.

Məlumata görə, yeni variant həm də operatorlara hücumdan sonra hərtərəfli zərər qiymətləndirməsi aparmağa imkan verir.

Bildirilir ki, “Orbiter 2” LM antenalar, rabitə mərkəzləri və komanda mərkəzləri kimi yumşaq və zamana həssas hədəfləri vura bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Orbiter-2   PUA  


Bizi "telegram"da izləyin