ROKETSAN “Eurosatory 2024” sərgisində iştirak edir

2024/06/roket-1718872797.jpg
Oxunub: 268     16:51     20 İyun 2024    
ROKETSAN özünün ən müasir məhsullarını dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biri sayılan “Eurosatory 2024”də nümayiş etdirir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bildirib.

ROKETSAN tərəfindən verilən yazılı açıqlamaya görə, 60-dan çox ölkədən 1700-dən çox iştirakçını və 96 ölkədən 250-yə yaxın nümayəndə heyətini qəbul edən sərgi öz qapılarını ziyarətçilərin üzünə açıb.

Şirkət Fransanın paytaxtı Parisdə keçirilən və iyunun 21-də başa çatacaq sərgiyə ən müasir məhsulları ilə qatılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Eurosatory-2024  


Bizi "telegram"da izləyin