“Niyə məhz iyunun 12-də KTMT mövzusu Paşinyanın diqqətinə düşüb?” - Markedonov

2023/04/1682491499.jpg
Oxunub: 336     17:20     20 İyun 2024    
“İyunun 12-də xəbər agentlikləri xəbərlərlə dolu idi: Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-dən çıxdığını bəyan edib”.

Ordu.az xəbər verir ki, bunu sosial şəbəkələrdə rusiyalı politoloq Sergey Markedonov yazıb.

Onun sözlərinə görə, təfərrüatlar verilməyib.

“Bunlar daha sonra oldu. Məlum oldu ki, jurnalistlər, indi necə deyərlər, “qalmaqal ovlamağ”a (Catch The Hype) tələsirdilər. Ermənistan parlamentində hökumətin sual-cavabı zamanı Paşinyan Ermənistanın KTMT-dən çıxmaqdan başqa yolu olmadığını açıqlayıb. Amma o bu prosesin tarixlərini, prosedurlarını və mexanizmlərini qeyd etməyib. Bir az sonra Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan hətta liderinin bəyanatından yaranan mənfi təəssüratları hamarlaşdırmağa çalışıb. Onun sözlərinə görə, Baş nazir sadəcə onu nəzərdə tutub ki, İrəvan KTMT-dən çıxacağı təqdirdə bloka qayıtmayacaq. Birincisi, Paşinyan özü KTMT-ni müvəqqəti “köpük ittifaqı” adlandırıb. İkincisi, Ermənistanın Baş naziri Belarusa sərt hücumlar etdi və bəyan etdi ki, Aleksandr Lukaşenko orada prezident olduğu müddətdə bir daha Belarusa səfər etməyəcək”, - deyə Markedonov qeyd edib.

Markedonov ritorik sual verib ki, niyə məhz iyunun 12-də KTMT mövzusu Paşinyanın diqqətinə düşüb?

“Politoloq qeyd edir ki, bunun bir neçə səbəbi var. Bu, daxili və xarici siyasi səbəblərin birləşməsidir. İyunun 12-də Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başa çatdığı elan edilib. Bu, Ermənistanda həqiqətən ağrılı mövzudur”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Paşinyan  


Bizi "telegram"da izləyin