Rusiyanın Qara dənizdə patrul xidməti üçün sualtı qayıqlardan istifadə etdiyi iddia edilib

2024/06/Ekran-1718896156.jpg
Oxunub: 234     18:29     20 İyun 2024    
Rusiyanın Qara dənizdə patrul xidməti üçün sualtı qayıqlardan istifadə etdiyi iddia edilib.

Ordu.az xəbər verir ki, kamikadze insansız dəniz platformaları səbəbiylə artan gəmi itkilərindən sonra Rusiyanın sualtı qayıqlardan daha çox patrul missiyası üçün istifadə etdiyi iddia edilib.

Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin sözçüsü Dmitri Pletençuk iyunun 10-da milli televiziyada bildirib ki, Rusiya Ukrayna kamikadzelərinin bir sıra uğurlu hücumlarından sonra patrul missiyası üçün sualtı qayıqlardan istifadə etməyə başlayıb.

Pletençuk qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan bəri Rusiya Qara Dəniz Donanmasının 30 faizini məhv edib və son vaxtlar ruslar daha çox patrul missiyalarında sualtı qayıqlardan istifadə edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qara-dəniz  


Bizi "telegram"da izləyin