“Abrams” tanklarının Polşaya çatdırılması başa çatır

2024/06/2024--1718865788.jpg
Oxunub: 329     19:38     20 İyun 2024    
“X” istifadəçisi “Ronkainen” tərəfindən edilən paylaşıma görə, Polşanın ABŞ-dən sifariş etdiyi ikinci əl “Abrams” tanklarının son partiyası yola çıxıb.

Ordu.az xəbər verir ki, bu partiyada 47 ədəd “Abrams” tankı yer alır, tanklar sonuncu dəfə bu yaxınlarda Norfolk bölgəsində ortaya çıxıb.

Yaxın günlərdə Polşaya “Abrams” tanklarının gəlməsi gözlənilir. Əvvəlki çatdırılma 2023-cü ilin dekabrında baş tutub.

Polşanın ozamankı müdafiə naziri Marius Blaşçak “X”də etdiyi paylaşımda çatdırılmada 26 ədəd M1A1 “Abrams” tankının olduğunu bildirib.

Polşanın ABŞ-dən aldığı M1A1 “Abrams” tanklarının ilk partiyası 2023-cü ilin iyununda Polşanın Şetsin şəhərinə gəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrams   Polşa  


Bizi "telegram"da izləyin