Danimarka HHM şəbəkəsini gücləndirmək üçün hərəkətə keçib

2024/06/2024--1718865513.jpg
Oxunub: 150     12:56     21 İyun 2024    
Danimarka Hava Hücumundan Müdafiə (HHM) şəbəkəsini gücləndirmək üçün hərəkətə keçib.

Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Xarici Hərbi Satışlar (FMS) kanalı ilə Danimarkaya təxmini dəyəri 215,5 milyon dollar olan AIM-120C-8 AMRAAM görmə xəttindən kənar “hava-hava” raketlərinin və əlaqəli avadanlıqların satışını təsdiqləyib.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) 2024-cü il iyunun 7-də Konqresə bu potensial satış barədə məlumat verən lazımi sertifikatı verib.

Təxmini dəyəri 215,5 milyon dollar olan müqaviləyə daxildir:

84 ədəd AIM-1208C AMRAAM qabaqcıl orta mənzilli “hava-hava” raketləri,
3 ədəd təlim missiyalı AIM-120 AMRAAM “hava-hava” raketi,
Ehtiyat AMRAAM idarəetmə sistemləri.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   HHM  


Bizi "telegram"da izləyin