Fransada ASELSAN və “BAE Systems” rəqabət aparır

2024/06/asels-1718865091.jpg
Oxunub: 391     17:12     20 İyun 2024    
ASELSAN tərəfindən inkişaf etdirilən 8×8 Zirehli Vasitəyə Quraşdırılmış 35 mm-lik “Korkut” Hava Hücumundan Müdafiə (HHM) Top Sistemi və “BAE Systems” tərəfindən inkişaf etdirilən 6×6 Yük Maşınına Quraşdırılmış 40 mm-lik “Tridon Mk2” HHM Top Sistemi Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory 2024” Müdafiə Sərgisində nümayiş etdirilir.

Ordu.az xəbər verir ki, dünyanın ən böyük müdafiə sənayesi sərgisi olan “Eurosatory 2024” iyunun 17-də öz qapılarını açıb.

Fransanın paytaxtı Parisdə təşkil edilən sərgiyə Türkiyədən 50-yə yaxın müdafiə sənayesi şirkəti qatılıb.

ASELSAN “Eurosatory 2024” sərgisi çərçivəsində 8×8 zirehli vasitəyə quraşdırılmış 35 mm-lik “Korkut” HHM Top Sistemini nümayiş etdirir.

Sərgidə “BAE Systems” stendində təkərli avtomobilə quraşdırılan HHM top sistemi sahəsində son zamanların trendinə çevrilən daha bir məhsul nümayiş etdirilir.

“BAE Systems”in məhsulu 6×6 yük maşınına quraşdırılmış 40 mm-lik “Tridon Mk2”dir.

İndiyədək FNSS istehsalı olan tırtıllı zirehli vasitələrə quraşdırılmış bir çox “Korkut” HHM Top Sistemləri ASELSAN tərəfindən Türkiyə Silahlı Qüvvələrinə çatdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   ASELSAN   BAE-Systems  


Bizi "telegram"da izləyin