ASELSAN “Tolun”un REM elementlərinin sıx fəaliyyətdə olduğu sınaq mühitində atışlarını həyata keçirib - VİDEO

2024/06/Minya-1718864905.jpg
Oxunub: 289     17:44     20 İyun 2024    
Milli imkanlarla inkişaf etdirilən “Tolun” Miniatür Bombasının sınaq fəaliyyətləri müxtəlif döyüş sahələrini simulyasiya etməyə davam edir.

Ordu.az xəbər verir ki, bu çərçivədə ASELSAN son olaraq “Tolun”un Radioelektron Mübarizə (REM) elementlərinin sıx fəaliyyətdə olduğu sınaq mühitində atışlarını həyata keçirib.

Sınaq fəaliyyətləri zamanı “Tolun” hətta çoxsaylı qarışdırma mənbələrinin mövcudluğunda belə GPS idarəetməsi ilə hədəfləri dəqiq vurub.

Beləliklə, “Anti-Jam GNSS” faydalı yükü ilə təchiz edilmiş “Tolun” sursatının dəqiqliyi qeydə alınıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Tolun   REM  


Bizi "telegram"da izləyin