HAVELSAN Rumıniyanın dəniz sərhədlərinin təhlükəsizliyini təmin edəcək

2024/06/2024--1718864399.jpg
Oxunub: 193     15:00     21 İyun 2024    
HAVELSAN Rumıniyanın İnteqrasiya Edilmiş Dəniz Sərhəd Nəzarət Sisteminin Modernləşdirilməsi Layihəsi üzrə tenderin qalibi olub.

Ordu.az xəbər verir ki, sistemin 24 ay ərzində tətbiqi ilə bağlı müqavilə Rumıniyada imzalanıb.

Rumıniyanın mövcud SCOMAR sistemi işləyərkən, xidmət kəsintisi olmadan yeni texnologiya radar, elektro-optik sistemlər və informasiya texnologiyaları avadanlıqları dəyişdirilərək, HAVELSAN məhsulu MATRA Sahil Müşahidə və Gəmi Hərəkətinin İdarə Edilməsi Proqramı ilə təchiz ediləcək.

24 ay ərzində təhvil verilməsi planlaşdırılan sistem Rumıniyanın Qara dəniz sahilində yerləşən Konstansa şəhərindəki Rumıniya Sahil Mühafizə Komandanlığının qərargahından idarə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVELSAN   Rumıniya  


Bizi "telegram"da izləyin