“Lockheed” və “Rheinmetall” GMARS sistemini təqdim ediblər

2024/06/Ekran-1718986661.jpg
Oxunub: 279     16:21     21 İyun 2024    
Almaniyanın müdafiə şirkəti “Rheinmetall” və ABŞ-nin müdafiə şirkəti “Lockheed Martin” “Eurosatory 2024” sərgisi zamanı Qlobal Mobil Artilleriya Raket Sistemini təqdim edirlər.

Ordu.az xəbər verir ki, “Rheinmetall” və “Lockheed Martin” Fransada keçirilən “Eurosatory 2024” beynəlxalq müdafiə sərgisində təkərli şassiyə quraşdırılmış yeni artilleriya raket sistemi olan Qlobal Mobil Artilleriya Raket Sistemini (GMARS) təqdim ediblər.

İki şirkət idarə olunan artilleriya raket sistemlərinə artan qlobal tələbata cavab olaraq yeni sistem hazırlamaq üçün 2023-cü ildə əməkdaşlıq etmək qərarına gəlib.

İki şirkət tərəfindən verilən açıqlamaya görə, yeni Qlobal Mobil Artilleriya Raket Sistemi bütün hava şəraitində işləyə bilər.

“Rheinmetall HX” 8×8 hərbi yük maşınına quraşdırılmış raket buraxılış bölməsi 2 ədəd GMLRS raket podu və ya 2 raketi olan 2 ədəd “PrSM” raket podu daşıya bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed   Rheinmetall   GMARS  


Bizi "telegram"da izləyin