Kanada SEPAH-ı terror qruplaşması elan edib

2023/06/1686985006.jpg
Oxunub: 247     22:32     19 İyun 2024    
Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat kimi tanıyıb.

Ordu.az xəbər verir ki, Kanadanın ictimai təhlükəsizlik naziri Dominik LeBlan, ədliyyə naziri Arif Virani və xarici işlər naziri Melani Colinin də qatıldığı mətbuat konfransında Kanadanın İran SEPAH-ı terror təşkilatı kimi tanıdığını rəsmən elan edib.

"Hökumətimiz Cinayət Məcəlləsinə əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilatlar siyahısına salınması barədə qərar qəbul edib", - deyə Dominik LeBlan mətbuat konfransında bildirib.

Bu təşkilatın Kanadada vəsait toplamaq və ya əmlaka sahib olmaq qabiliyyətinə təsir edəcək eyni zamanda təşkilatda xidmət etmiş şəxslərin ölkəyə girişini məhdudlaşdıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   Kanada  


Bizi "telegram"da izləyin