Azərbaycan və NATO-nun mütəxəssisləri “C-130 Hercules” bölməsinin icra səviyyəsini qiymətləndiriblər

2024/06/topic-1718818642.jpg
Oxunub: 404     21:32     19 İyun 2024    
Azərbaycan, Qətər və NATO-nun mütəxəssisləri “C-130 Hercules” Hava Nəqliyyatı Bölməsinin qarşılıqlı fəaliyyət səviyyəsinin qiymətləndirilməsində birgə iştirak ediblər.

Ordu.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

“İyunun 9-dan 13-dək müttəfiqlərin Ramştayndakı Hərbi Hava Komandanlığının, Neapoldakı Birgə Qüvvələr Komandanlığının, NATO və Azərbaycanın ekspertləri Alyansın əməliyyatları çərçivəsində “C-130 Hercules” Hava Nəqliyyatı Bölməsinin qarşılıqlı fəaliyyət səviyyəsinin qiymətləndirilməsində QSQ-yə (Qətər Silahlı Qüvvələrinə – red.) köməklik göstəriblər”, – məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, əmirliyin silahlı qüvvələrinə məxsus “C-130 Hercules” nəqliyyat təyyarələrindən ikisi 2022-ci ildə İstanbul Əməkdaşlıq Təşəbbüsü (ICI) çərçivəsində Alyansın missiyalarına potensial dəstək üçün NATO-nun qüvvələr fonduna daxil edilib”.

Qeyd olunub ki, qiymətləndirmə qrupunda 15 qətərli və 15 NATO mütəxəssisi ilə yanaşı üç azərbaycanlı da iştirak edib. Onlar bölmənin missiyanı yerinə yetirmə bilmə qabiliyyətini nəzərdən keçiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   NATO  


Bizi "telegram"da izləyin