Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək

2024/06/d3a16-1718818533.jpg
Oxunub: 290     20:56     19 İyun 2024    
Sabah Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıda olacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Ordu.az-a verilən məlumata görə, komissar Hoekstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Azərbaycan  


Bizi "telegram"da izləyin