"Kiyevə verilən F-16-lar Ukraynada yerləşdiriləcək" - Sallivan

2022/01/ceyk--1641749209.jpg
Oxunub: 333     13:16     19 İyun 2024    
ABŞ tərəfindən Kiyevə verilən F-16 qırıcıları Ukrayna ərazisində yerləşdiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan PBS telekanalına müsahibəsində bildirib.

“Plan ondan ibarətdir ki, F-16-lar Ukraynada yerləşdiriləcək. Prezident Bayden ilə Prezident Zelenskinin imzaladığı ikitərəfli təhlükəsizlik sazişi bu məqamı vurğulayır: biz Ukraynaya bu imkanları əldə etməkdə kömək olmaq istəyirik. Bu vasitələr Ukraynada yerləşdirilməlidir”, - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin