Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda toplantı keçirilir

2024/06/1718168800.jpg
Oxunub: 287     09:40     19 İyun 2024    
Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Tərəfindən "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantı keçirilir.

Ordu.az xəbər verir ki, ali səviyyəli toplantının məqsədi Bakıda keçiriləcək COP29-un uğurlu şəkildə baş tutması üçün müvafiq tərəflərin əməkdaşlığı üçün platformanın təmin olunmasıdır.

Üç gün davam edəcək toplantı çərçivəsində iqlim dəyişikliyi və onun nəticələrinin yumşaldılması, adaptasiya, dayanıqlılığın gücləndirilməsi, ərzaq təhlükəsizliyi, biomüxtəliflik, innovasiyalar və s. mövzularda yüksək səviyyəli qonaqların iştirakı ilə panel müzakirələri təşkil olunacaq.

Toplantının ilk iki günü Bakıda (19-20 iyun) sonuncu günü (21iyun) Zəngilanda təşkil olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   COP29  


Bizi "telegram"da izləyin