Rusiya Prezidenti ilə KXDR liderinin görüşü başlayıb

2024/06/17187-1718775174.jpg
Oxunub: 297     09:31     19 İyun 2024    
İyunun 19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda ölkə lideri Kim Çen In ilə Rusiya Prezidenti Vladimir Putinin görüş başlayıb.

Ordu.az xəbər verir ki, görüşdən əvvəl paytaxtın Kim İr Sen meydanında Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub.

Dövlət başçılarının Pxenyadakı “Kımsusan” sarayında keçirilən görüşündə Rusiya tərəfdən Baş nazirin birinci müavini Denis Manturov, Baş nazirin müavini Aleksandr Novak, xarici işlər naziri Sergey Lavrov və digərləri iştirak edir. KXDR tərəfdən isə Baş nazir Kim Dok Hun, xarici işlər naziri Soy Son Hi, iqtidar partiyanın katibi Ço n Von və digərləri var.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri iyunun 18-dən başlayıb. Bu, Rusiya dövlət başçısının 2000-ci ilin iyulundan bəri KXDR-ə ilk səfəridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   KXDR  


Bizi "telegram"da izləyin