Çadın əsas silah anbarında şiddətli partlayış baş verib

2024/06/17187-1718773731.jpg
Oxunub: 302     09:06     19 İyun 2024    
Çad Respublikasının paytaxtı N'Djamena şəhəri yaxınlığındakı silah anbarında yanğın və partlayışlar 2 saatdan artıq davam edib.


Ordu.az yerli KİV-ə istinadla xəbər verir ki, burada ölkənin əsas sursat anbarı yerləşir. Quru qoşunlarının iri kalibrli silahlarının böyük hissəsi bu anbarda toplanıb.

Partlayışların gücündən 6-7 kilometr radiusda evlər zərər görüb. Beynəlxalq aeroportun yaxınlığında yerləşən arsenalın yaxınlığında çox ayda hərbi hissə, yaşayış məhəllələri, həmçinin silahlı qüvvələrin baş qərargahı yerləşir.

Zərərçəkənlər barədə məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   Silah.Yanğın  


Bizi "telegram"da izləyin