Türkiyədə Akkuyu AES-in tikintisinin dəyəri açıqlanıb

2024/05/1716614029.jpg
Oxunub: 278     23:17     13 İyun 2024    
Türkiyədə "Rosatom" dövlət korporasiyası tərəfindən inşa edilən "Akkuyu" AES-in tikintisinin dəyəri 24-25 milyard dollar təşkil edir.

Ordu.az-ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putinə Elm Şurasının iclasında dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov deyib.

"Bu, indiki qiymətlərlə 24-25 milyard dollar təşkil edəcək", - deyə A.Lixaçov Rusiya prezidentinin tikintinin dəyəri ilə bağlı sualını cavablandırarkən bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akkuyu   AES   Türkiyə  


Bizi "telegram"da izləyin