Vladimir Putinlə İran Prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber arasında telefon danışığı olub

2024/06/121c4-1718300334.jpg
Oxunub: 195     21:09     13 İyun 2024    
Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxberlə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər Rusiya-İran əməkdaşlığının gələcək inkişafında, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

V.Putin bütün İran müsəlmanlarını qarşıdan gələn Fitr bayramı münasibətilə təbrik edib, onlara davam edən seçki kampaniyasında uğurlar arzulayıb və ən xoş arzularını İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə çatdırmağı xahiş edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin