Aktam Xaitov: "Özbəkistanla Azərbaycan arasında əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə qaldırılıb"

2024/06/17182-1718293830.jpg
Oxunub: 186     19:23     13 İyun 2024    
Özbəkistan qardaş Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Özbəkistan Liberal Demokrat Partiyasının sədri Aktam Xaitov deyib.

O, son illərdə iki qardaş xalqın çoxəsrlik dostluğunun və əməkdaşlığının keyfiyyətcə yeni səviyyəyə qaldırıldığını vurğulayıb.

Partiya sədri həmçinin Qarabağda sülhün və sabitliyin bərqərar olduğunu vurğulayaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib, Qarabağada aparılan bərpa işlərinin sürətini yüksək qiymətləndirib.

“Əminik ki, Qarabağ yaxın gələcəkdə çox hörmətli cənab İlham Əliyevin müdrik rəhbərliyi altında yenidən abad və firavan bölgəyə çevriləcək”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özbəkistan   Azərbaycan  


Bizi "telegram"da izləyin